Siyasət

07 Yanvar

“Rosatom” 2045-ci ilə qədər planlaşdırılandan daha çox enerji bloku tikə bilər

“Rosatom” 2045-ci ilə qədər planlaşdırılan 42 enerji blokundan daha çox enerji bloku tikə bilər.

Fins.az xəbər verir ki, bunu “Rosatom”un baş direktoru Aleksey Lixaçev “Rossiya-24” telekanalında dövlət korporasiyasının 2023-cü ildəki fəaliyyəti və gələcək planları barədə danışarkən deyib.

"2045-ci ilə qədər 42 enerji blokunun tikintisi bizim üçün minimumdur. Çox güman ki, daha çox olacaq", - o bildirib.