İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən nəşr edilən “İqtisadi islahatlar” elmi-analitik jurnalının 8-ci sayını təqdim edib.
Fins.az xəbər verir ki, jurnalda dərc olunan "Qazaxıstanın yaşıl ixracı: inkişaf imkanları və problemlər" adlı məqalənin müəllifi Azərbaycan Kooperasiya Universitetinin doktorantı Maqsud Quliyevdir.
Məqalədə qeyd olunub:
"Qlobal miqyasda hazırki dünyamızda gedən geosiyasi çəkişmələr və iqlim dəyişikliyi problemləri ənənəvi enerji növlərindən istifadənin məhdudlaşdırılmasına və ya ləğvinə, eyni zamanda yeni və bərpa olunan enerji növlərinə keçidə sövq edir. Bu xüsusda karbohidrogenlə zəngin Qazaxıstanın yeni dövr üçün hazırlıqları, qəbul etdiyi plan-proqramları və xüsusilə, yeni enerji növlərinin istehsal və ixracının araşdırılması aktual əhəmiyyət kəsb edir. Tədqiqat işində hidrogen növləri, Qazaxıstanın Avropa İttifaqı ilə yeni yaşıl enerji sazişi, hidrogenin ixracı üçün marşurtlar, daşınma çətinliyi, ölkədə yaşıl enerjinin inkişafı üçün qanunverici bazada dəyişikliklər araşdırılmışdır. Bununla paralel Avropa İttifaqının yaşıl hidrogen ehtiyacı, qlobal səviyyədə 2050-ci ilə qədər yaşıl hidrogenə tələbin səviyyəsi, Qazaxıstanda yaşıl hidrogenin istehsalı üçün su istehlak həcmi səviyyəsi və hazırda Avropaya ixrac formasının müəyyənləşdirilmədiyi üçün məqalədə yaşıl hidrogenin çatdırılması üçün mümkün variantlar təklif olunmuşdur".
Fuad Mədətov
Fins.az