Siyasət

20 Dekabr

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb - PROQNOZ

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 939 min barel artaraq, təxminən 441 711 min barel təşkil edib.

Bu barədə "Fins.az" Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən xəbər verir.

Məlumata görə, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 233 min barel azalacağını proqnozlaşdırıb.

Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları ilə bağlı rəsmi məlumat sabah ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Günel Məlikzadə
Fins.az