Siyasət

20 Dekabr

DTÖ-dən Türkiyə əleyhinə Polad qərarı

Dünya Ticarət Təşkilatı ABŞ ilə polad əlavə vergi mübahisəsində Türkiyə əleyhinə qərar verdi.

Fins.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Türkiyənin ABŞ-ın polad və alüminium tariflərinə cavab olaraq tətbiq etdiyi əlavə rüsumları təşkilatın siyasətlərinə "uyğunsuz" hesab edərək, Türkiyənin bu rüsumları aradan qaldırması qərarına gəlib.

ÜTT-nin mübahisələrin həllinə cavabdeh olan orqanının dərc etdiyi hesabatda bildirilir ki, “Şura Türkiyəyə ÜTT-yə uyğun gəlməyən tədbiri öz öhdəlikləri ilə uyğunlaşdırmağı tövsiyə edir”.

ABŞ Donald Tramp administrasiyası dövründə polad və alüminium idxalına dair "Maddə 232" adlı milli təhlükəsizlik araşdırmasına əsaslanaraq, 2018-ci ilin mart ayında ABŞ-ın polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz vergi tətbiq etməsindən sonra Türkiyə buna cavab verib.

Türkiyə ilə yanaşı, ABŞ qisas almaq üçün həyata keçirdikləri tədbirlərə görə Avropa İttifaqı, Kanada, Rusiya və digər ölkələrə qarşı mübahisələrin həlli prosesinə başlayıb.

Günel Məlikzadə
Fins.az