Siyasət

19 Dekabr

Qırmızı dənizdə neftlə bağlı narahatlıq

Qlobal Brent markalı neft dünən 1,8 faiz artaraq dekabrın 1-dən bəri ən yüksək bağlanışa çatdıqdan sonra bir barel üçün 78 dolları keçib. ABŞ xam neftinin barreli 72 dolların üzərində qalıb. Bazar ertəsi qiymətlər BP Plc-nin su yolu ilə bütün daşımaları dayandıracağını və Equinor ASA-nın gəmiləri yönləndirəcəyini söyləməsindən sonra yüksəldi.

Fins.az Blooomberg-ə istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husi üsyançılarının hücumlarının son vaxtlar artması, Həmas-İsrail müharibəsi oktyabr ayında başlayandan bəri enerji axınlarının pozulmasının ən konkret əlaməti olub və ABŞ-ı ticarət gəmilərini qorumaq üçün yeni dəniz işçi qüvvəsi elan etməyə sövq edib. Bu, xüsusilə ABŞ-da hasilatın artması əlamətləri ilə keçən həftə beş aylıq minimuma enən neft qiymətlərinin bərpasına da kömək etdi.

Sinqapurda yerləşən JTD Enerji Xidmətlərinin İcraçı direktoru və təsisçisi Con Driskoll bildirib ki, əsas ticarət kanallarında yaranan fasilələr qısamüddətli olur və ABŞ çox güman ki, bu gərginliyə qarşı çıxmaq üçün daha sərt hərbi tədbirlər görəcək. Narahatlıqların istiqaməti Husilərin bombardmanlarının Yaxın Şərqdə gərginliyi artırıb-artırmayacağına və İranın bu mübarizəyə qoşulub-qoşmayacağına görə müəyyənləşəcək.

Jefferies analitikləri qeydlərində bildiriblər ki, dünya üzrə xam neft tranzitinin təxminən 8 faizi Süveyşdən keçir ki, bu da gəmilərin Cənubi Afrika ətrafında daha uzun marşrut tutmağa məcbur ediləcəyi təqdirdə tankerlərin istifadəsinə təzyiq göstərəcək.

Goldman Sachs qeyd etdi ki, kəsinti fyuçerslərə böyük təsir göstərməyəcək, çünki onun istehsala birbaşa təsir göstərməsi mümkün deyil. Bu, bankın bazar günü güclü ABŞ hasilatı və mülayim tələb artımı gözləntilərini əsas gətirərək, 2024-cü il üçün Brent markalı neft proqnozlarını azaltmasından sonra baş verir.

Günel Məlikzadə
Fins.az