Siyasət

18 Dekabr

ABŞ-ın neft buruqlarının sayı azalıb

Neft-mədən xidmətləri şirkəti Baker Hughes-un həftəlik məlumatları dərc olunub.

Fins.az xəbər verir ki, ölkədə neft qazma qurğularının sayı 9-15 dekabr həftəsində əvvəlki həftə ilə müqayisədə 2 ədəd azalaraq 501-ə çatıb.

Ötən il ABŞ-da neft qazma qurğularının sayı 119 ədəd azalıb.

Cümə axşamı 76,61 dollardan bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 76,95 dollardan bağlanıb.

West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 71,79 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin barreli cümə axşamı 71,58 dollarla başa çatıb.

Günel Məlikzadə
Fins.az