Siyasət

18 Dekabr

Aİ ölkələri qış mövsümündə anbarlardan 12 mlrd. kubmetr qaz çıxarıb

Qış mövsümü başlayandan avropalı istehlakçılar yeraltı anbarlardan təxminən 12 milyard kubmetr qaz çıxarıblar.

Fins.az-ın məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının məlumatlarında bildirilib.

Məlumata görə, 16 dekabr qaz gününə (dekabrın 17-də səhər başa ççatıb) Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 88,84% təşkil edib ki, bu da 2018-2022-ci illərdə bu tarix üçün orta göstəricidən 12,1% bəndi, ötən ilin müvafiq tarixinə olan göstəricisi ilə müqayisədə isə 4,2 faiz bəndi çoxdur.

Qeyd olunan tarixə fiziki ifadədə anbarlardakı qazın ümumi həcmi təxminən 98,4 mlrd. kubmetr təşkil edib, bu da əvvəlki beş ilin orta göstəricisi ilə müqayisədə 14,7 mlrd. kubmetr, ötən ilin müvafiq göstəricisi ilə isə müqayisədə 6,4 mlrd. kubmetr çoxdur.

Qaz anbarlarından qazın çıxarılması mövsümü başlayandan - noyabrın ilk həftəsindən bu günə kimi onların doluluq səviyyəsi 10,8 faiz bəndi azalıb.

Günel Məlikzadə
Fins.az