Siyasət

13 Dekabr

Qaz ixracı 9% artıb - Pərviz Şahbazov

Yanvar-noyabr aylarında qaz ixracı 9% artıb.

Fins.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Avropaya 10.85 milyard kubmetr, Türkiyəyə 8.7 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5.1 milyard kubmetr qaz nəql edilib", - nazir bildirib.

O qeyd edib ki, bu ilin 11 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 27.6 milyon ton, ixracı isə 23.1 milyon ton olub:

"Bu dövrdə 3.6% artımla hasil edilmiş 44 milyard kubmetr qazın 22.05 milyard kubmetri ixrac olunub".

Fuad Mədətov
Fins.az