Siyasət

12 Dekabr

Azərbaycanda Qafqazın ən böyük istilik elektrik stansiyası inşa olunur

Mingəçevirdə "Azərbaycan" istilik elektrik stansiyasının (İES) ərazisində inşa olunan Qafqazın ən böyük eyni tipli stansiyası 2025-ci ilin I yarısında istifadəyə veriləcək.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Baba Rzayev deyib.

Onun sözlərinə görə, yeni stansiyanın tikintisi qrafikə uyğun aparılır.

B.Rzayev onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin işə salınması üzərində işlər gedir və Cəbrayılda 240 meqavatt gücündə günəş elektrik stansiyasının işə salınması üçün işlərə başlanacaq.

Fuad Mədətov
Fins.az