Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) AÇG və Şahdəniz yataqlarından əldə olunan gəlirləri açıqlayıb.
ARDNF-dən Fins.az-a verilən məlumata görə, AÇG yatağından - (01.01.2023 - 01.12.2023 tarixinə): 6 353,8 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) - (01.01.2023 - 01.12.2023 tarixinə): 1 308 mln. ABŞ dolları gəlir əldə olunub.
Qeyd edək ki, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2023 - 01.12.2023 tarixinə): 324,396 mln. ABŞ dolları təşkil edib.
Günel Məlikzadə
Fins.az