Siyasət

07 Dekabr

Mikayıl Cabbarov: "Qeyri-neft sənaye potensialımızı ilbəil artırırıq"

Qeyri-neft sənaye potensialımızı ilbəil artırırıq.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində bildirib.

O qeyd edib ki, bununla bağlı Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib.

“Əczaçılıq, dərman istehsalı da hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. İstənilən resurs tükənəndir. Yalnız insan kapitalına əsaslanaraq bu hüdudları genişləndirmək olar. Bu müəssisənin fəaliyyəti sektorun inkişafına yönəlmiş addımdır”- nazir əlavə edib.

Günel Məlikzadə
Fins.az