Siyasət

06 Dekabr

ABŞ-ın kommersiya neft ehtiyatlarının artımı davam edir

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 594 min barel artaraq, təxminən 450 257 min barel təşkil edib.

Bu barədə Fins.az Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən xəbər verir.

Qeyd olunur ki, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 267 min barel azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Günel Məlikzadə
Fins.az