İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Yaxın Şərq, Şimali Afrika və Türkiyədə davamlı inkişaf üçün məsuliyyətli biznes təcrübələri üzrə yeni proqramını açıqlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, OECD tədbirdə MENA regionunda məsuliyyətli biznes təcrübələrini təşviq etmək üçün Türkiyə, Misir, İordaniya, Mərakeş və Tunis də daxil olmaqla 5 ölkənin iştirakı ilə Almaniya və İsveçrə hökumətləri ilə strateji tərəfdaşlıq çərçivəsində yeni proqrama start verdiyini açıqladı.
4 dekabr 2023-cü il tarixində OECD İstanbul Mərkəzində keçirilən tədbir davamlı inkişaf üçün məsuliyyətli biznes davranışını müzakirə etmək üçün 5 ölkədən hökumət, birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirdi. Tədbirin açılışını OECD Baş katibinin müavini Yoşiki Takeuçi müşayiət edib.
Almaniya və İsveçrə hökumətlərinin dəstəyi ilə OECD tərəfindən idarə olunan bu 3 illik regional proqram MENA regionunda və Türkiyədə məsuliyyətli biznes təcrübələrinin reallığa çevrilməsini təmin etmək üçün hökumət və korporativ təcrübələrdə əsas dəyişiklikləri müəyyən etmək üçün platforma təqdim edir.
Günel Məlikzadə
Fins.az