Siyasət

05 Dekabr

Qarabağda və Şəkidə üzüm bağları salınacaq - EKSKLÜZİV

Qarabağda xüsusi üzümçülük bağlarının salınması hədəflənir. Hazırda Ağdam Şərab Zavodunun bərpası ilə bağlı danışıqlar gedir.

Bunu Fins.az-a açıqlamasında “Az Abrau” Şəki Şərab Zavodunun şərabçılıq şöbəsinin direktoru, Rusiyanın əməkdar şərabçısı Vidadi Həsənov deyib.

V.Həsənov bildirib ki, hazırda Füzuli rayonunda 400 hektar torpaq sahələri var və onun 100 hektarı hazır üzüm bağıdır. O, qeyd edib ki, növbəti ildə Qarabağda 50-100 hektar arası üzüm bağları, həmçinin Şəki rayonunda da 300 hektar üzüm bağı salınacaq:

"Qarabağda xüsusi üzümçülük bağlarının salınmasını hədəfləyirik. Ağdamda da çox böyük üzüm bağları salınacaq.

Şəkidə bəzi üzüm növləri yetişir ki, onlar şərab üçün yaramır. Biz Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edirik. Torpaqdan analiz götürülür, hansı üzüm sortları bizim torpağa uygundursa, o üzüm sortlarını yetişdiririk".

Fuad Mədətov
Fins.az