Siyasət

04 Dekabr

Elektrik stansiyalarına 411 milyon lirə dəstək - TÜRKİYƏ

Tutum mexanizmindən faydalanan istehsal müəssisələrinə ediləcək ödənişlərin siyahısı TEİAŞ-ın internet saytında dərc olunub.

Fins.az xəbər verir ki, oktyabr ayı üçün sözügedən mexanizm çərçivəsində 50 elektrik stansiyasından 44-nə cəmi 411 milyon 184 min 10 lirə ödəniləcək.

Ən yüksək ödəniş isə 35 milyon 174 min 524 lirə ilə Gebze Elektrik İstehsalat Məhdud Şirkətinə ediləcək.

Bu şirkəti 25 milyon 218 min 878 lirə ilə İzmir Elektrik İstehsal Limited Şirkəti izləyəcək.

Gücün mexanizmi çərçivəsində elektrik enerjisində davamlılığı və təchizat təhlükəsizliyini təmin etmək üçün TEİAŞ tərəfindən elektrik stansiyalarına güc ödənişləri edilir.

Günel Məlikzadə
Fins.az