Siyasət

23 Noyabr

ABŞ-ın ticari xam neft ehtiyatları artıb

 

ABŞ-ın ticari xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftəyə görə təxminən 8 milyon 700 min barrel artdı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 8 milyon 700 min barrel artaraq 448 milyon 100 min barrelə çatdığını açıqladı. Bazar gözləntisi ehtiyatların 1 milyon 467 min barel artacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 351 milyon 300 min barrel olub.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 700 min barel artaraq 216 milyon 400 min barrelə çatıb.

Günel Məlikzadə
Fins.az