Siyasət

22 Noyabr

Rusiyadan Çinə 100 milyard kubmetr təbii qaz

Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya Federasiya Şurasında çıxışında Rusiyanın enerji sektoru ilə bağlı qiymətləndirmələr edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Rusiyanın yanacaq və enerji sektorunda texniki avadanlıq idxalında xaricə asılılığı azaltdıqlarına diqqət çəkən Novak, "Texnoloji suverenlikdən danışmaq istərdim. Biz bunu yanacaq və enerji sektorunda effektiv şəkildə əldə edirik. Son 10 ildə Sənayenin idxaldan asılılığını 67%-dən 38%-ə endirməyi bacardıq" danışdı.

Rusiyanın keçən həftə benzin ixracı qadağasını aradan qaldırdığını xatırladan Novak dizel ixracına qoyulan qadağanı tezliklə aradan qaldırmağı planlaşdırdıqlarını bildirib.

Novak Rusiya qazının Çinə nəqli ilə bağlı "Bu ildən etibarən 22 milyard kubmetr həcmə çatmağı planlaşdırırıq" dedi.

Sözügedən marşrutdakı Sibirin Gücü boru kəmərinin 38 milyard kubmetr tutumlu olduğuna diqqət çəkən Novak, "Bu gücə 2025-ci ildə çatacağıq. Monqolustandan keçəcək "Sibirin Gücü 2" boru kəməri layihəsi üzərində işlər davam edir. Nəticədə Çinə ümumi təbii qaz nəqli həcmi  təxminən 100 milyard kubmetrə çatacaq" dedi.

Günel Məlikzadə
Fins.az