Siyasət

22 Noyabr

Azərbaycan bərpa olunan enerji istehsalını 2030-cu ilədək 30% artıracaq - SOCAR

Azərbaycan bərpa olunan enerji mənbələri (BEM) sahəsində çox yaxşı mövqe tutub.

Fins.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Mustafa Qurbanlı Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, hazırda əsas məsələ Azərbaycan və ən böyük neft-qaz şirkəti kimi SOCAR-ın nöqteyi-nəzərindən harada olduğumuzdur:

"Azərbaycan hökuməti istixana tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı öhdəsinə götürüb.

Azərbaycan bərpa olunan enerji istehsalını 2030-cu ilədək 30 faiz artırmaqla bağlı strateji qərar qəbul edib. Bu, Azərbaycan hökumətinin qəbul etdiyi çox mühüm qərardır və SOCAR regiondakı ən iri şirkətlərdən biri olaraq, Azərbaycan hökumətinin qərarlarının sürətini izləyir".

Fuad Mədətov
Fins.az