Siyasət

22 Noyabr

Azərbaycandan neft koksunun ixracı artıb

2023-cü ilin ilk doqquz ayında Azərbaycandan neft koksunun ixracı 2022-ci ilin analoji dövründəki 127 min 788 min tonla müqayisədə artaraq 222 min 356 ton olub.

Fins.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, neft koksunun ixracında 74 faiz artım qeydə alınıb.

İxracın dəyəri 2022-ci ilin analoji dövründəki 44,098 milyon dollarla müqayisədə 29,8 faiz artaraq 57,252 milyon dollara çatıb.

Bununla belə, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində bitum ixracı ötən ilin analoji dövründəki 88 min 998 tonla müqayisədə 54 dəfə azalaraq 1 648 ton olub.

Bitum ixracının dəyəri 25,4 milyon dollardan 408 min 550 dollara düşərək 62 dəfədən çox azalma nümayiş etdirib.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.

Fuad Mədətov
Fins.az