Siyasət

22 Noyabr

Energetika Nazirliyi yanında yeni tərkibdə İctimai şuranın ilk iclası keçirilib

Energetika Nazirliyi yanında yeni tərkibdə yaranmış İctimai şuranın ilk iclası keçirilib.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, iclasda İctimai şuranın fəaliyyətinin təşkilinə dair məsələlər müzakirə edilib, şuraya sədrin seçilməsi ilə bağlı səsvermə keçirilib.

İki il fəaliyyət göstərəcək İctimai şuraya “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Nəsirov Şaban Fəxrəddin oğlu sədr, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Abdullayeva Mehriban Əli qızı sədr müavini, “Ulduz” informasiya - kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri Həsənov Samir Hüseynağa oğlu isə katib seçilib.

Günel Məlikzadə
Fins.az