Siyasət

25 Noyabr

Aİ şirkətlərə enerji dəstəyini genişləndirir

Aİ Komissiyası Rusiya-Ukrayna müharibəsinin başlaması ilə enerji qiymətlərindəki görünməmiş artımdan sonra həyata keçirilən ictimai dəstəklər üçün müvəqqəti böhran çərçivəsinin bəzi hissələrinin 6 ay müddətinə uzadılmasına qərar verdiyini açıqladı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bəyanatda qeyd olunub  üzv ölkələrin tələbi ilə şirkətlərə yüksək enerji qiymətlərini kompensasiya etmək üçün dövlət dəstəyinə imkan verən müddəaların mərhələli şəkildə ləğvi təxirə salınıb.

Açıqlamada müvəqqəti çərçivənin xitam proqramında qismən dəyişiklik edildiyi, enerji böhranından irəli gələn problemlərin davam edəcəyi təqdirdə üzv ölkələrin 30 iyun 2024-cü il tarixinə qədər bəzi şirkətlərə dəstək verə biləcəyi bildirilib.

"Üzv ölkələr enerji qiymətləri böhrandan əvvəlki səviyyələri əhəmiyyətli dərəcədə aşdığı müddətcə əlavə enerji xərclərinin bir hissəsini ödəməklə şirkətlərə dəstək verməyə davam edə bilər", - bəyanatda deyilir.

Günel Məlikzadə
Fins.az