Siyasət

21 Noyabr

BTC istismara verildikdən etibarən boru kəmərilə dünya bazarlarına 4,3 milyard barrel neft nəql olunub

"Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri istismara verildikdən etibarən boru kəmərilə dünya bazarlarına 4,3 milyard barrel neft nəql olunub.

Fins.az xəbər verir ki, bunu bp şirkətinin vitse-prezidenti Kolin Allan Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu İllik Xəzər Texniki Konfransında deyib.

"BTC yüksək texnoloji imkanlara malik və artıq 17 ildir ki, istismarda olan infrastruktur obyektidir. İstismara verildikdən etibarən BTC boru kəməri vasitəsilə 4,3 milyard barrel, o cümlədən, Qazaxıstan və Türkmənistan nefti, eləcə də, Azərbaycan nefti nəql olunub", - o deyib.

Qeyd edək ki, hazırda BTC boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından xam neft və "Şahdəniz" yatağından kondensat nəql olunur. Bundan başqa, BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan daneft və kondensat həcmləri nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

Fuad Mədətov
Fins.az