Siyasət

20 Noyabr

Azərbaycanda magistral qaz kəmərləri ilə 32 963,9 mln. kubmetr qaz nəql edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 32 963,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, qaz nəqlinin 55,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 18 209,8 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,7%-lik artım).

Günel Məlikzadə
​Fins.az