Siyasət

15 Noyabr

Aİ enerji idxalına metan emissiyasına məhdudiyyətlər tətbiq edəcək

Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və enerji sektorunun metan emissiyalarını azaltmaq üçün yeni qaydaları ehtiva edən qanunla bağlı razılığın əldə edildiyini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Aİ-nin iqlim məqsədlərinə nail olmaq və havanın keyfiyyətini yaxşılaşdırmaq üçün enerji sektorundan metan emissiyaları azalacaq.

Metan emissiyalarını ölçmək, hesabat vermək və yoxlamaq üçün neft, qaz və kömür sektorları üçün yeni tələblər tətbiq ediləcək. Mümkün metan emissiya mənbələri müəyyən tarix intervallarında monitorinq olunacaq və ciddi şəkildə yoxlanılacaq. Metan emissiyalarının qarşısının alınması, o cümlədən sızmaların aşkar edilməsi və təmiri üçün emissiyanın azaldılması tədbirləri həyata keçiriləcək.

Aİ-yə neft, təbii qaz və kömür idxalı nəticəsində yaranan metan emissiyalarının şəffaflığını təmin etmək üçün qlobal müşahidə sistemi yaradılacaq.

2030-cu ildən başlayaraq Avropanın kömür, neft və təbii qaz idxalından metan emissiyaları məhdudlaşdırılacaq.

2030-cu ilə qədər müəyyən ediləcək maksimum metan sıxlığı dəyərləri Avropaya qalıq yanacaq ixrac edənlərə tətbiq ediləcək.

Günel Məlikzadə
Fins.az