Siyasət

15 Noyabr

Çin sənayesində müsbət mənzərə

Oktyabr ayında Çində istehlak xərcləri gözləntiləri üstələyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, məlumatlar Çin rəsmilərinin dünyanın ikinci ən böyük iqtisadiyyatına lazımi dəstəyi təmin edərək, yeni ildə bərpanı dəstəkləmək üçün daha çox stimul verdiyini göstərdi.

Rəsmi məlumata görə, ölkədə pərakəndə satışlar oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artıb. Bloomberg sorğusuna qatılan iqtisadçılar artımın 7 faiz olacağını gözləyirdilər. Çində pərakəndə satışlar sentyabrda 5,5 faiz artıb. İlin ilk 10 ayı etibarilə pərakəndə satışlarda illik artım 6,9% ilə gözləntilərə uyğun olub.

Oktyabr ayında sənaye istehsalı da mülayim olsa da, sürətləndi. Məlumatlara görə, ölkədə sənaye istehsalı oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artıb. Gözlənti isə artımın 4,5 faiz olacağı idi. Sentyabrda ölkədə sənaye istehsalı illik 4,5 faiz artıb.

Məlumatların təfərrüatlarına nəzər saldıqda, durğunluqdan xəbər verən başlıqların da olduğu görüldü. Əsas kapitala investisiyaların artımı ilin ilk 10 ayında proqnozlardan və sentyabr ayına qədər olan dövrdən aşağı qalaraq 2,9 faizə enib . Daşınmaz əmlak investisiyalarında da pisləşmə müşahidə olunub.

Günel Məlikzadə
Fins.az