Siyasət

13 Noyabr

"Cənub Qaz Dəhlizi"nin ümumi gəlirləri 1,39 mlrd. dollar təşkil edib - HESABAT

Cənub Qaz Dəhlizi (CQD) QSC bu ilin ilk yarısını 726,6 milyon dollar xalis mənfəətlə bitirib.

Fins.az bu barədə QSC-yə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ümumi gəlirlər 1,39 mlrd. dollar təşkil edib: Şirkətin 245,12 mln. satış xərcləri çıxıldıqdan sonra xalis gəlirləri 1,15 mlrd. dollar təşkil edib.

CQD-nin əməliyyat mənfəəti 940,83 mln. dollar, maliyyə xərcləri 284,79 mln. dollar, vergi ödənilənədək mənfəəti 739,8 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin ilk yarımili üzrə şirkət mənfəət-zərər hesabatını açıqlamadığı üçün nəticələri ötən ilin eyni dövrü ilə müqayisə etmək mümkün deyil.

QSC-nin aktivləri isə 2023-ci ilin iyulun 1-nə 14,7 mlrd. dollar təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,3% çoxdur. CQD-nin öhdəlikləri isə dövr üzrə 3,9% artaraq 938,24 mln. dollara bərabər olub.

Bu il iyulun 1-nə “Cənub Qaz Dəhlizi”nin cəmi kapitalı 12,7% artaraq 6,43 mlrd. dollara yüksəlib. Səhmdar kapitalı isə ilin əvvəlindən dəyişməyərək 2,415 mlrd. dollar təşkil edib.

Fuad Mədətov
Fins.az