Siyasət

13 Noyabr

OPEC-in neft hasilatı oktyabrda gündəlik 80 min barel artıb

OPEC-in aylıq neft bazarı hesabatına əsasən, hasilatın ən yüksək artımı Anqola, İran və Nigeriyada, hasilat isə Liviya, Səudiyyə Ərəbistanı və Küveytdə azalıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, gündəlik neft hasilatı Anqolada 51 min barel, İranda 46 min barel, Nigeriyada 17 min barel artıb. Liviya və Səudiyyə Ərəbistanında hasilat 26 min barel, Küveytdə isə 24 min barel azalıb.

Oktyabrda OPEC-in xam neft hasilatının qlobal hasilatdakı payı 27,5 faiz olaraq qeydə alınıb.

OPEC-ə daxil olmayan ölkələrin hasilatı eyni dövrdə gündəlik təxminən 200 min barel artaraq 73,7 milyon barelə çatıb. Bu artımda Norveç və OECD Amerika ölkələri başçılıq etdiyi halda, Rusiya və Braziliyada istehsal azalıb.

Buna görə qlobal neft hasilatı oktyabr ayında bir əvvəlki aya görə gündəlik 270 min artaraq təxminən 101,6 milyon barel oldu.

Dünyada neft qazma quyularının sayı ötən ay 18 artaraq 1848-ə çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 8 ədəd, qeyri-OPEC ölkələrində isə 10 ədəd artıb.

Günel Məlikzadə
Fins.az