Siyasət

07 Noyabr

Enerjisa-nın üçüncü rübdə xalis mənfəəti  10,6 milyard TL olub

Enerjisa-nın xalis satışları 3-cü rübdə əvvəlki rüblə müqayisədə  36,1% artıb. Şirkətin üçüncü rübdə xalis satış gəliri 32,5 milyard TL olan bazar gözləntisinin üstündə 40,1 milyard TL olub. Əvvəlki ilin eyni rübü ilə müqayisədə  56,1% artaraq 40,1 milyard TL-yə çatıb. 2023-cü ilin ilk 9 ayında xalis satışlar keçən ilin eyni dövrünə görə 56,5% artaraq 98,2 milyard TL-yə çatıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 2023-cü ilin üçüncü rübü üçün EBIT rəqəmi 4,3 milyard TL gözləntidən 9,8% çox olan 4,7 milyard TL olub. EBITDA üçüncü rübdə əvvəlki rüblə müqayisədə  22,6% artaraq, əvvəlki ilin eyni rübünə görə 96,9% artaraq 4,7 milyard TLə çatdı. 2023-cü ilin ilk 9 ayında əvvəlki ilin eyni dövrünə görə 74,8% artaraq 10,8 milyard TL-yə çatdı. EBITDA marjası üçüncü rübdə əvvəlki rüblə müqayisədə 130 əsas bənd azalıb. 2023-cü ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 114 baza bəndi artaraq 11,0 faiz təşkil edib.

Şirkətin xalis borcu üçüncü rübdə əvvəlki rüblə müqayisədə  68,4% artaraq 21,1 milyard TL-yə çatıb. Əvvəlki rübdə 16,0 milyard TL olan iqtisadi xalis borcu 3-cü rübdə 25,6 milyard TL-yə yüksəldi.

Şirkət bu rübdə kredit faiz xərclərinə görə 1.789 milyon TL xalis maliyyə xərci qeyd edərkən, şirkətin dövr üçün xalis mənfəəti 8.1 milyard TL-lik birdəfəlik vergi gəlirindən sonra 10.57 milyard TL oldu.

Günel Məlikzadə
Fins.az