Siyasət

07 Noyabr

Almaniyada sənaye istehsalı 4-cü aydır ki, azalıb

Almaniya Statistika İdarəsinin məlumatına görə, sentyabr ayında sənaye istehsalı 1,4 faiz azalıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar 0,1 faiz azalma gözləyirdilər. Avtomobil, elektronika və əczaçılıq sənayesi azalmaya səbəb olub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Almaniya iqtisadiyyatı üçüncü rübdə ev təsərrüfatlarının xərclərinin azalması səbəbindən  0,1% daraldı. Analitiklər iqtisadiyyatın ilin son rübündə 0,1 faiz daralacağını və resessiyaya girəcəyini gözləyirlər.

Almaniya iqtisadiyyatının əsas mühərriki olan emal sənayesi yüksək enerji qiymətləri, yüksək qlobal faiz dərəcələri və Çin iqtisadiyyatındakı yavaşlamadan mənfi təsirlənir.

Ölkədə dünən açıqlanan fabrik sifariş məlumatları sentyabr ayında 0,2% artarkən, avqust ayı məlumatları isə aşağıya doğru revize edildi.

 

Günel Məlikzadə
​Fins.az