Siyasət

07 Noyabr

Neft Daşlarında dünyada ilk dənizdə neft platformasının istismara verilməsinin 74-cü ili qeyd edilir

Bu gün neft sənayesində tarixi mərhələnin, Azərbaycanın Neft Daşlarında dünyada ilk dənizdə neft platformasının istismara verilməsinin 74-cü ili qeyd edilir.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, 1949-cu ilin bu günündə 942 metr dərinliyindəki 1 nömrəli quyudan sutkada 100 ton neft hasil edilərək açıq dənizdə kəşfiyyat və hasilat işlərində yeni dövr açılıb.

“Neft Daşları Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə, dənizin dibinə bərkidilmiş metal dirəklər üzərində tikilmiş unikal şəhər platformasıdır. Bu platformanın fəaliyyətə başlaması neftçi-geoloq Ağa Qurban Əliyevin, onun ardınca isə Yusif Səfərov və Mixail Kaveroçkin kimi digər öncüllərin adları ilə bağlıdır”, - paylaşımda qeyd olunub.

Fuad Mədətov
Fins.az