Siyasət

02 Noyabr

Aİ Rusiya yanacaqlarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya təbii qazının idxalını 40-45 milyard kubmetrə endirmək niyyətindədir.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ-Aİ işçi qrupunun enerji təhlükəsizliyi üzrə növbəti görüşünün yekunları ilə bağlı yaydığı açıqlamada bildirilir.

Qeyd edilib ki, Aİ kömür idxalını mərhələli şəkildə dayandırmaqla, neft idxalını 90 faiz azaltmaqla və qaz idxalını 155 milyard kubmetrdən təqribən 80 milyard kubmetrə endirməklə, Rusiya yanacaqlarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb. 2023-cü ildə təbii qaz idxalının 40-45 milyard kubmetrə qədər azaldılması nəzərdə tutulur.

Fuad Mədətov
Fins.az