Siyasət

01 Noyabr

Çinin özəl istehsal göstəricisində gözlənilməz daralma

Caixin sorğusuna görə, Çinin istehsal fəaliyyəti oktyabr ayında gözlənilmədən azalıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, indeks məlumatları ölkədəki iqtisadi canlanmanın sürətini itirdiyinə işarə etsə də, artımı dəstəkləməyə çalışan hakimiyyət orqanlarına yeni bir təzyiq kimi diqqəti çəkib.

Caixin istehsal PMI indeksi sentyabr ayında 50.6-dan oktyabrda 49.5-ə enərək, iyul ayından bəri ilk dəfə bir daralma siqnalı verib.

Bloomberg sorğusunda iştirak edən iqtisadçılar indeksin 50,8-ə çatacağını gözləyirdilər.

Gözləntilərə uyğun olmayan məlumatlar iqtisadi bərpanın kövrəkliyi ilə bağlı narahatlıqları artırdı və daha çox siyasət dəstəyinə çağırışları canlandırıb.

İnvestorlar Çinin son stimullaşdırıcı tədbirlərinin bu il zəif istehlakçı və biznes inamı və davam edən mənzil böhranı ilə gərginləşən iqtisadi artımı dəstəklədiyinə dair sübut axtarırlar.

Günel Məlikzadə
​Fins.az