Siyasət

31 Oktyabr

Almaniyanın külək enerjisi şirkəti yerli avadanlıqları Türkiyədən tədarük edəcək

Almaniyanın külək enerjisi şirkəti yerli avadanlıqları Türkiyədən tədarük edəcək.

Fins.az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Alman külək enerjisi nəhəngi "Nordex Group"un baş icraçı direktoru (CEO) Xose Luis Blanko məlumat verib.

"Türkiyədən ildə 600 milyon avro səviyyəsində külək enerjisi avadanlıqları tədarük edirik. Türkiyədə tədarük zənciri, rəqabət qabiliyyəti və ekosistem güclüdür. Türkiyə polad qüllələrimizin dünya üzrə ən böyük mənbəyi və tədarükçüsüdür.

Biz Türkiyədən avadanlıq tədarükümüzü artırmağı planlaşdırırıq. Hazırda 600 milyon avro səviyyəsində olan məhsul tədarükümüzü 2024-cü ildə 1 milyard avroya çatdırmağı proqnozlaşdırırıq. Türkiyə təkcə şirkət üçün deyil, həm də Avropa və sektor üçün kritik bir bazardır.

Avropanın Türkiyə ilə sektorda qarşılıqlı asılılığını artırmasının və ortaq bazar quruluşuna keçməsinin faydalı olacağını düşünürəm. Ortaq bazar quruluşuna yaxınlaşdıqca, həm sektor, həm də şirkət üçün daha yaxşı olacaq. Bu səbəblə Avropa İttifaqı ilə Türkiyə arasındakı ticarət razılaşmalarında yarana biləcək hər hansı maneənin aradan qaldırılmasının lazım olduğunu müdafiə edirik",- deyə Blanko bildirib.