Siyasət

31 Oktyabr

Çinin istehsal sektorunda sürpriz daralma

Çinin istehsal sektorunun fəaliyyəti oktyabr ayında gözlənilməz bir daralma qeydə alıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatlarına görə, Çinin satınalma meneceri indeksi iqtisadçıların 50,2 proqnozunun əksinə olaraq, sentyabrda 50,2-dən 49,5-ə düşüb. PMI-nin 50- dən aşağı olması daralmanı göstərib.

Tikinti və xidmət sektorlarında fəaliyyətləri ölçən qeyri-istehsal PMI, sentyabrda 51,7-dən oktyabrda 50,6-ya düşüb. İqtisadçıların hesablamalarına görə, 52 olacaq.

İstehsal və qeyri-istehsal PMI indekslərinə daxil olan yeni sifarişlər indeksi, hər ikisi 50 bəndin altında qalıb və bu, tələbatın azaldığını göstərir.

Çin hökuməti və mərkəzi bankı Pekinin illik 5 faizlik artım proqnozunu yerinə yetirmək üçün indiyədək artımı artırmaq üçün tədbirlər həyata keçirib.

Günel Məlikzadə
Fins.az