Siyasət

30 Oktyabr

Azərbaycanda yeni avtomobil istehsalı kompleksi yaradılacaq

Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

"Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 mln. manat olan minik avtomobillərinin istehsalı kompleksi yaradılacaq və 1.200 nəfər işlə təmin ediləcək.

Xatırladaq ki, Hacıqabul sənaye rayonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə mikro, kiçik və orta sahibkarlığın fəaliyyətini dəstəkləmək, sahibkarlığın davamlı inkişafını təmin etmək, qeyri-neft sektoru və istehsal sektorunda məşğulluğun artırılması məqsədilə yaradılıb. 2023-cü ilin doqquz ayında sənaye rayonunda 51 milyon manatlıq məhsul istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 97 faiz (25,8 milyon manat) çoxdur.

Murad Abdullayev
Fins.az