Siyasət

26 Oktyabr

İran ŞƏT-ə regional enerji qovşağı yaratmağı təklif edib

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) enerji ticarəti, mübadilə və enerji təhlükəsizliyinin təmin edilməsi üçün regional “Şanxan energetikası” qovşağı (mərkəzi – red.) yaratmağı təklif edib.

Fins.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Moxber ŞƏT ölkələrinin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

İran tərəfindən irəli sürülən təklif yanar faydalı qazıntıları, elektrik enerjisini və bərpa olunan enerjini əhatə edir.

Vitse-prezident, həmçinin Tehranın neft-kimya layihələrini birgə maliyyələşdirmək üçün maraqlı investor ölkələrin fondunun yaradılması təklifindən danışıb və ölkənin neft, qaz və neft-kimya sektorları üçün mühəndislik xidmətləri göstərməyə və avadanlıq istehsal etməyə hazır olduğunu vurğulayıb.

Məhəbbət Məmmədov
Fins.az