Siyasət

26 Oktyabr

ABŞ-da kommersiya neft ehtiyatları 1 372 min barel artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 1 372 min barel artaraq, 421 120 min barel təşkil edib.

Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 239 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Günel Məlikzadə
Fins.az