Siyasət

25 Oktyabr

Ukrayna qaz anbarlarının tutumunun təxminən yarısını Aİ-nin istifadəsinə verə bilər

Ukrayna avropalı tərəfdaşların ehtiyacları üçün ölkədəki qaz anbarının həcminin, demək olar ki, yarısını təqdim etməyə hazırdır.

Fins.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, Ukrayna Avropa qitəsində ən böyük qaz anbarına sahibdir. Ölkə anbarlarında sıfır itki ilə 33 milyard kubmetr qaz saxlaya bilər. Hazırda Ukraynanın anbarlarında xarici tərəfdaşların üç milyard kubmetr qazı saxlanılır.

“Biz, bu həcmi 13-15 milyarda çatdırmağa hazırıq”, - Ukrayna baş naziri vurğulayıb.