Siyasət

25 Oktyabr

Yaponiya və Danimarkadan dəniz külək enerjisi sahəsində əməkdaşlıq

Danimarkanın baş naziri Mette Frederiksenin paytaxt Tokioya səfəri zamanı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi ikitərəfli əlaqələri müzakirə edib.

Fins.az Yaponiya hökumətinin bəyanatına istinadən xəbər verir ki, Frederiksen və Nişimura görüş zamanı iki ölkə arasında dənizdə külək enerjisi istehsalı sahəsində texniki əməkdaşlığı ehtiva edən anlaşma memorandumu imzalayıb.

Bu çərçivədə dəniz külək enerjisi üçün AR-GE layihələrini təşviq edəcək Yaponiya və Danimarka iş dünyası, bürokratiya və akademik sahələrdə kadr mübadiləsi aparmağı hədəfləyir.

Nazir Nişimura bildirib ki, ölkəsi dekarbonizasiya layihələrinə uyğun olaraq dəniz külək enerjisi istehsalı bazarını genişləndirəcək əməkdaşlığı daha da gücləndirmək istəyir.

Həmçinin bildirilib ki, Yaponiya Danimarkanın Energetika Nazirliyi ilə hidrogen və ammonyak üçün dayanıqlı və münasib qiymətə təchizat zəncirinin yaradılması üçün hərtərəfli anlaşma memorandumu imzalayıb.

Günel Məlikzadə
Fins.az