Siyasət

24 Oktyabr

Rusal Çin alüminium oksidi şirkətinin 30%-ni alır

Rusiyanın alüminium istehsalçısı Rusal, Çin alüminium oksidi istehsalçısı Hebei şirkətinin səhmlərinin 30 faizini almaq üçün razılıq əldə edildiyini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, dünyanın ən böyük alüminium istehsalçılarından biri olan Rusal, Honq-Konq Birjasına verdiyi açıqlamada şirkətin alüminium oksidinin tədarükü ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Açıqlamada Hebei-nin  30% hissəsinin alınması ilə bağlı razılığın əldə edildiyi və müqavilənin dəyərinin təxminən 266 milyon dollar olduğu bildirilib.

Şirkətdən verilən açıqlamada bildirilib ki, müqavilə ilə Rusal mühüm xammal olan alüminium oksidin rəqabətqabiliyyətli qiymətlərlə tədarükünə çıxış əldə edəcək.

Ötən il 76 milyon tonla dünya alüminium oksidi istehsalının təxminən yarısını Çin istehsal etdiyi halda, Rusal qlobal alüminium istehsalının 5,6 faizini və alüminium oksidi istehsalının 4,5 faizini təşkil edib.

Günel Məlikzadə
Fins.az