Siyasət

20 Oktyabr

Azərbaycandan Avropaya 29 mlrd. kubmetrə yaxın qaz çatdırılıb

Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərləri (TAP) vasitəsilə istifadəyə veriləndən indiyə kimi Türkiyəyə 24,3 mlrd. kubmetr, Avropaya isə 28,7 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub.

Fins.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü münasibətilə verdiyi məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, bu il ölkədə qaz hasilatı 48,7 mlrd. kubmetr, ixracı isə 24 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılıb.

Nazirin sözlərinə görə, 2021-ci ildə Avropaya 8,2 mlrd. kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40% artımla mümkün ən yüksək səviyyəyə - 11,4 mlrd. kubmetrə çatdırılıb.

Məhəbbət Məmmədov
Fins.az