Mindəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasının tikintisi müəyyən qrafikdən daha tez aparılır.
Fins.az xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin Mingəçevir şəhərinə təşkil olunan media tur çərçivəsində tikintiyə nəzarət edən İtaliyanın AFRY şirkətinin sahə meneceri Emre Özer deyib.
"Ümid edirik ki, layihə başa çatdırılana qədər eyni sürət və keyfiyyətdə fəaliyyət davam etdiriləcək", - Emre Özer qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda Avropa və beynəlxalq standartlara uyğun elektrik stansiyası inşa ediləcək və şirkət bu layihənin bir hissəsi olmağından məmnundur.
Emre Özer onu da əlavə edib ki, infrastrukturun yaradılması işləri 90-95 yerinə yetirilib, üst tikililərin əksəriyyətinin təməli qoyulub.Yaxın zamanda birinci turbinin montaj işlərinə başlanacaq.
Sahə meneceri bildirdi ki, layihənin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. O əlavə edib ki, hazırda sahədə 250-ə yaxın mütəxəssis çalışır, lakin bu göstəricinin 1000 və ya daha çox olacağı gözlənilir.