Siyasət

17 Oktyabr

“Saudi Aramco” neft hasilatını artıra bilər

Qlobal neft tələbatın artması səbəbindən Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti, lazım gələrsə, artan tələb fonunda bir neçə həftə ərzində neft hasilatını artıra bilər.

Fins.az-ın “Reuters“a istinadən verdiyi məlumata görə, bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser bildirib.

Onun sözlərinə görə, bu ilin ikinci yarısında gündəlik qlobal neft tələbatı 103 mln. barel olacaq, şirkətin gündəlik ehtiyat istehsal gücü isə 3 mln. barel təşkil edir, bu da qlobal tələbatın təxminən üç faizini təşkil edir.

Amir Nasser onu da əlavə edib ki, şirkət 2027-ci il üçün neft hasilatənı indiki gündəlik 12 mln. bareldən 13 mln. barelədək artırmaq planlarına sadiqdir.

Məhəbbət Məmmədov
Fins.az