Siyasət

13 Oktyabr

Avrozonada sənaye istehsalı gözləntiləri üstələyib

Avropa Statistika İdarəsi Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin avqust ayı üçün mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, buna görə Avrozonada sənaye istehsalı avqust ayında iyul ayına görə  0,6% artıb. Gözlənti 0,2 faiz artım olacağı idi. Bölgədə sənaye istehsalı 2022-ci ilin avqust ayına nisbətən 5,1% azalarkən, gözlənti 3,5% azalmağa işarə edib.

Aİ-də sənaye istehsalı avqust ayında əvvəlki aya görə 0,6% artarkən, keçən ilin eyni dövrünə görə  4,4Z% azalıb.

Avqust ayında Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 6,1% ilə İrlandiyada, 4,5% ilə Slovakiyada və 3,7% ilə Litvada olub.

Sənaye istehsalında ən böyük azalma  2,4% ilə Macarıstanda,  2,2% ilə Xorvatiyada və  1,8% ilə Belçikada olub.

Günel Məlikzadə
Fins.az