Siyasət

13 Oktyabr

ARDNF-in aktivləri 55 milyard dolları keçib

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 13 % artaraq iyulun 1-nə 55 milyard 524 milyon ABŞ dolları təşkil edib.

Fins.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində ARDNF-in büdcə gəlirləri 14 milyard 878,3 milyon manat, büdcə xərcləri isə 3 milyard 587 milyon manat təşkil edib.

Hesabat dövründə Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 227,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 422,1 milyon manat, bonus ödənişlərindən 800,7 milyon manat, tranzitdən 0,8 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından gəlirləri isə 2 milyard 651,1 milyon manat olub.

Yanvar-sentyabrda ARDNF 2023-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 3 milyard 550 milyon manat vəsait transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 10,8 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 6,1 milyon manat yönəldib, idarəetməyə isə 20,1 milyon manat xərcləyib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri isə 257,8 milyon manat təşkil edib.

Məhəbbət Məmmədov
Fins.az