Siyasət

13 Oktyabr

Küləklə işləyən stansiyalar elektrik enerjisinin istehsalını kəskin artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 52,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 6,5% çoxdur.

Finsa.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə küləklə işləyən stansiyalar tərəfindən 44,4 kVt-saat elektrik enerjisi istehsal edilib, bu da ötən ilin müvafiq dövrünün göstərici silə müqayisədə 35,5 artım deməkdir.

Qeyd edək ki, Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 20 279,7 min. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 0,1% artım deməkdir.

Məhəbbət Məmmədov
Fins.az