Siyasət

13 Oktyabr

Enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 2,2 mlrd. manatı ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 218,4 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,4%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, yanvar-sentyabr aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 418,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 14,4% artım deməkdir.

Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 10 021,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 8 277,1 min tonunu və ya 82,6 faizini tranzit yüklər təşkil edib. 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 342 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,3% artaraq 17,9 min nəfər olub”, - məlumatda qeyd olunur.

Məhəbbət Məmmədov
Fins.az