Siyasət

12 Oktyabr

OPEC Azərbaycanda gələn il neft hasilatı üzrə proqnozunu yaxşılaşdırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb, 2024-cü il üçün isə artırıb.

Bu barədə Fins.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təqribən 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə cəmi 10 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 10 min barel azdır.

Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi avqust ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.

Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 10 min azalaraq (öncəki proqnoza görə - 20 min barel) orta hesabla 0,7 mln. barel olacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.

 

Murad Abdullayev
Fins.az