Siyasət

12 Oktyabr

Qlobal neft hasilat gələn il də artacaq - PROQNOZ

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib.

Bu barədə Fins.az Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1,5 mln. barel artaraq (proqnoz dəyişməyib), 101,6 mln. barelədək çatacaq.

Agentlik 2024-cü ildə gündəlik qlobal neft tədarükünün gündəlik 1,7 mln. barel artacağı ehtimal edib.

Qeyd olunur ki, artım ABŞ və “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasına daxil olmayan – Braziliya, Qana və Kanadanın hesabına olacaq.