Siyasət

12 Oktyabr

ABŞ neftin qiyməti bağlı gözləntilərini yüksəldib

ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 84,46 dollardan 84,09 dollaradək azaldıb.

Fins.az-ın ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 94,91 dollar təşkil edə bilər (öncəki proqnoz – 88,22 dollar).


Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 79,59 dollar (öncəki proqnoz – 79,65 dollar), 2024-cü ildə isə 90,91 dollar (öncəki proqnoz – 83,22 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.

Murad Abdullayev
Fins.az